Əlişahoğlu Web Studiyası
Hazırda Azərbaycanın beynəlxalq internet şəbəkəsində çoxlu sayda internet səhifəsi vardır.Bu səhifələrin regionların, payına düşən hissəsi demək olar ki, yox dərəcəsindədir.Dünya səviyyəsində, gündəlik mətbuatla (qəzet, jurnal və s.) müqayisədə internet mətbuatının ən çox oxunaqlı olduğunu və internet istifadəçilərinin sayının sürətlə artmasını nəzərə alsaq, bu sahənin Azərbaycanda daha da inkişaf etdirilməsinin vacib olduğunu görürük.Eyni zamanda bu sahə, Azərbaycanın müxtəlif sahələrdə (tarix, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat, idman və s.) təbliğində böyük rol oynaya bilər.
Studiya olaraq məqsədimiz Azərbaycanda bu sahəni inkişaf etdirmək və AzNetin genişlənməsi, dünya kiber - mühitində irəliləyişi, yalnız elektron səhifə yaradılması ilə bitməyən uzunmüddətli strateji əməkdaşlıqdır.